Haqqımızda
Biz sadəcə vakansiyaları doldurmuruq.
Bizneslərin gələcəyini formalaşdıran komandalar qururuq.
Talent Core peşəkar istedad həllərini rəhbər vəzifələr üçün ixtisaslaşmış karyera platforması ilə birləşdirən işə qəbul şirkətidir. Şirkətlərə rəhbər və yüksək ixtisaslı mütəxəssislərin axtarışı, peşəkar kadrların cəlbi və istedadların qiymətləndirilməsi üzrə fərdi həllər təqdim edirik.
Azərbaycan əmək bazarında rəhbər vəzifələr üzrə ixtisaslaşmış ilk karyera platforması olaraq, işəgötürənləri doğru namizədlərlə, peşəkarları isə potensiallarına uyğun karyera imkanları ilə bir araya gətiririk.
Fəaliyyətimizi etibarlılıq, keyfiyyət və çeviklik dəyərləri üzərində qururuq. Müxtəlif sektorların xüsusiyyətlərini və bizneslərin strateji ehtiyaclarını nəzərə alaraq, hər seçimdə uzunmüddətli dəyər yaratmağı hədəfləyirik. Çünki doğru istedad seçimi yalnız bugünkü ehtiyacı qarşılamır - biznesin gələcəyinə istiqamət verir.
Missiya
Strateji karyera qərarları üçün doğru tərəfdaş olaraq, liderliyin gücünü biznesin hədəfləri ilə birləşdirmək və hər düzgün seçimin həm şirkətlər, həm də peşəkarlar üçün yeni inkişaf imkanları yaratmasına töhfə verməkdir.
Vizyon
Regionun ən etibarlı, innovativ və çevik istedad həlləri tərəfdaşı olmaqla, insan kapitalı ilə biznes strategiyası arasında güclü sinerji yaratmaq və əmək bazarının gələcəyinə istiqamət verən aparıcı şirkətlərdən birinə çevrilməkdir.
İşə qəbul metodologiyamız
Strategiya və əmək bazarının təhlili
- ✓ Biznesin tələblərinin təhlili (ehtiyacların müəyyənləşdirilməsi və vakansiya üzrə tələblərin dəqiqləşdirilməsi)
- ✓ Namizəd profillərinin müəyyənləşdirilməsi və axtarışı strategiyası
Namizədlərin axtarışı və qiymətləndirilməsi
- ✓ Ən uyğun namizədlərin müəyyənləşdirilməsi və ilkin seçimi
- ✓ Səriştə əsaslı müsahibə və qiymətləndirmə
Namizədlərin qısa siyahısı və seçim
- ✓ Seçilmiş namizədlərin təqdimatı və müsahibələri
- ✓ Referans araşdırması və məlumatların təsdiqi
İşə qəbulun yekunlaşdırılması və sonrakı dəstək
- ✓ İş təklifinin razılaşdırılması və şərtlər üzrə danışıqlar
- ✓ İşə uyğunlaşma prosesinin və fəaliyyətin izlənilməsi
Dəyərlərimiz
Etibarlılıq
Biz etimadı hər bir əməkdaşlığın əsası hesab edirik. Müştərilərimiz və namizədlərlə münasibətlərdə dürüstlüyə, şəffaflığa və peşəkar məsuliyyətə önəm veririk. Üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməyə və bütün tərəflərlə açıq kommunikasiya qurmağa çalışırıq. İnanırıq ki, uzunmüddətli tərəfdaşlıq qarşılıqlı etibarla başlayır.
Keyfiyyət
Keyfiyyəti təqdim etdiyimiz hər bir həllin və yaratdığımız dəyərin əsas meyarı hesab edirik. Namizədlərin qiymətləndirilməsindən ən uyğun istedadların seçiminədək bütün mərhələlərdə sistemli yanaşma, dərin təhlil və yüksək peşəkar standartları rəhbər tuturuq. Hər bir əməkdaşlıqda gözləntiləri qarşılamaqla kifayətlənmir, davamlı və ölçülə bilən nəticələr yaratmağa çalışırıq.
Çeviklik
Əmək bazarının dinamikasını və bizneslərin dəyişən ehtiyaclarını nəzərə alaraq hər bir layihəyə çevik və fərdi yanaşırıq. Dəyişən prioritetlərə operativ uyğunlaşır, qərarvermə və icra proseslərində sürəti peşəkarlıqla uzlaşdırırıq. Məqsədimiz dəyişən şərtlərdə belə müştərinin prioritetlərini qorumaq, effektiv həllər və yeni imkanlar təklif etməkdir.