Tez-tez Verilən Suallar
Talentcore haqqında ən çox soruşulan suallara cavablar.
Talent Core hansı xidmətləri təklif edir?
Talent Core iki istiqamətdə fəaliyyət göstərir: şirkətlər üçün rəhbər və peşəkar mütəxəssislərin axtarışı və seçimi, istedadların qiymətləndirilməsi eləcə də rəhbər vəzifələr üzrə iş elanlarının yerləşdirilməsi üçün vakansiya platforması.
Executive Search və Professional Recruitment arasındakı fərq nədir?
Executive Search yüksək rəhbər vəzifələr və strateji mövqelər üçün uyğun namizədlərin məqsədyönlü şəkildə müəyyənləşdirilməsi və cəlb edilməsinə yönəlir. Professional Recruitment isə müxtəlif sahələr üzrə peşəkar mütəxəssislərin axtarışı, qiymətləndirilməsi və seçimini əhatə edir.
Talent Core hansı sahələr üzrə ixtisaslaşıb?
Bankçılıq və maliyyə, neft-qaz və enerji, tikinti və daşınmaz əmlak, istehsalat, pərakəndə satış, texnologiya, logistika, səhiyyə, turizm və digər sahələri əhatə edirik. Ətraflı məlumatı İxtisaslaşdığımız sahələr səhifəsində tapa bilərsiniz.
Şirkətimiz Talent Core ilə işə qəbul üzrə əməkdaşlığa necə başlaya bilər?
Əlaqə səhifəsindəki formanı dolduraraq və ya [email protected] ünvanına yazaraq ehtiyacınızı bölüşə bilərsiniz.
İşə qəbul xidməti ilə vakansiyanın saytda yerləşdirilməsi arasında nə fərq var?
İşə qəbul xidməti çərçivəsində Talent Core uyğun namizədlərin axtarışını və ilkin qiymətləndirilməsini həyata keçirir, seçim prosesinə dəstək göstərir. Vakansiyanın saytda yerləşdirilməsi isə şirkətə iş elanını platformada dərc etmək və namizədlərdən birbaşa müraciətlər qəbul etmək imkanı verir.
Şirkətimiz vakansiyanı necə yerləşdirə bilər?
Vakansiya yerləşdir səhifəsinə daxil olaraq uyğun paketi seçin və müraciət formasını doldurun və ya birbaşa Whatsappa keçid edərək bizimlə əlaqə saxlaya bilərsiniz.
Vakansiya yerləşdirmək üçün hansı paketlər mövcuddur?
Talent Core iki vakansiya yerləşdirmə paketi təklif edir:
• Standart: Bir vakansiyanın 30 gün müddətində dərc edilməsi və şirkət profilinin yaradılması.
• Premium: Standart paketə daxil olan xidmətlərə əlavə olaraq, vakansiyanın seçilmiş 3 və ya 30 gün ərzində Premium statusu ilə ön sıralarda yerləşdirilməsi.
Paketlərin əhatə dairəsi və əməkdaşlıq şərtləri haqqında ətraflı məlumat üçün Vakansiya yerləşdir səhifəsinə keçid edin.
Vakansiyalara necə müraciət edə bilərəm?
Vakansiyalar səhifəsində sahə, vəzifə səviyyəsi, region, iş qrafiki və iş formatı üzrə filtrlərdən istifadə edərək sizə uyğun elanları tapa bilərsiniz. Seçdiyiniz vakansiyanın ətraflı məlumat bölməsinə daxil olun və elanda göstərilən qaydada müraciətinizi göndərin.
Hazırda mənə uyğun vakansiya yoxdursa, CV-mi göndərə bilərəmmi?
Bəli. CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz. Profiliniz gələcəkdə uyğun vakansiyalar yarandıqda nəzərdən keçirilə bilər.